TURİZM

14 Dekabr

Türkiyədə bu tarixdən hoteldə qalmağa görə vergi tutulacaq

Türkiyədə 2023-cü il yanvarın 1-dən hotellərdə, mehmanxanalarda, qonaq evlərində və turistlərin yerləşdiyi digər məkanlarda qalmağa görə 2 faiz həcmində əlavə vergi tutulacaq.

Fins.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd “Resmi Gazete”də paylaşılıb. 

Sözügedən verginin turizm agentlikləri tərəfindən turlara daxil edilə biləcəyi də istisna edilmir. 

Bununla belə, yataqxana, pansionat və düşərgələrdə yaşayan təhsil alanlar və tələbələr həmin vergidən azad olunacaqlar.

Bununla yanaşı, Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların diplomatik statusa malik nümayəndələri bu vergini ödəməyəcəklər.

Qeyd edək ki, Türkiyə rəhbərliyi yaşayış vergisinin tətbiq edilməsi barədə qərarı 2019-cu ildə versə də, koronavirus pandemiyası səbəbindən qərarın həyata keçirilməsi təxirə salınıb.