Dubay Beynəlxalq Hava Limanı “İlin aeroportu” seçilib.
Bu barədə “Aviation Business Awards 2022” müsabiqəsinin nəticələrindən aydın olub.
Bildirilir ki, bu ad Dubay hava limanı tərəfindən nümayiş etdirilən “misilsiz biznes nailiyyətləri”nə görə verilib.
Məlumata görə, 2022-ci ilin birinci yarısında 28 milyon sərnişin aeroportun xidmətlərindən istifadə edib. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Hava limanı müştərilərə xidmətlərin keyfiyyətini artırıb.
Dubay Hava Limanı artıq səkkizinci ildir ki, bu mükafatı alır.
“Aviation Business Awards” 2007-ci ildən etibarən “Aviation Business Middle East” jurnalı tərəfindən təşkil olunur. Mükafatlar 13 kateqoriya üzrə verilir.
Mənbə: TASS