TURİZM

08 Dekabr

Azərbaycana turist axını 2 dəfədən çox artıb

Bu ilin 11 ayı ərzində ölkəmizə 1 458 000-dən çox ziyarət qeydə alınıb, bu da 2021-ci ilin rəqəmləri ilə müqayisədə 2.1 dəfə artım deməkdir.

Fins.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Hindistandan gələn turist sayı pandemiyadan əvvəlki göstəriclərin 90 %-dən çoxdur. Belarus, Pakistan, İordaniya kimi ölkələr isə 2019-cu il nəticələrini belə üstələyiblər.