TURİZM

07 Dekabr

Azərbaycanda hotel bron edən xaricilərin ən çox istifadə etdiyi platformalar açıqlanıb

Azərbaycanda hotel bron edən xarici turistlərin 72,37 %-i booking.com saytından istifadə edir.

Fins.az xəbər verir ki, bu barədə "Azərbaycan Hotel Assosiasiyası" İctimai Birliyinin V Baş Assambleyasında məlumat verilib.

Məlumata görə, növbəti yerlərdə expedia.com (16,84 %), hotelbeds.com (7,7 %), astrovok.ru (2,36 %), dotw.com (0,29 %) və agoda.com (0,24 %) saytları qərarlaşıb. O cümlədən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən Rusiyadan olan turistlərin çoxu astrovok.ru platformasından istifadə edir.