“Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının artması ilə əlaqədar yerli hotellərin doluluq səviyyəsi artıb”.
Bunu “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Günay Sağlam bildirib.
“Bu il Bakıdakı hotellər 40-50%, regionlardakı hotellər isə 70% dolu olub. O cümlədən, Rusiya, Türkiyə, İran, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn turistlər üstünlük təşkil edir”, - deyə o qeyd edib.
G.Sağlamın sözlərinə görə, hazırda hotel sənayesinin üzləşdiyi problemlərdən biri kadr çatışmazlığı ilə bağlıdır: “Hazırda milli kadrların bir qismi Qətərdə fəaliyyət göstərir. Bu, yəqin ki, daha yüksək xidmət haqqı müqabilində olub. Amma biz kadr potensialını artırmaqda davam edirik. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edir, həmçinin universitetlərdə təbliğat işləri aparırıq”.