TURİZM

21 Sentyabr

Özbəkistan əcnəbi turistləri vergidən azad edir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq qurumlara 2023-cü il yanvarın 1-dən əcnəbi turistlər üçün “tax free” sisteminin tətbiqi barədə göstəriş verib. Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov məlumat verib. Məlumatı “Fergana.news” yayıb.

Məlumatda deyilir: “Duty free” və “tax free” sistemlərinin tətbiqi ilə bağlı qərarın imzalanmasından üç il keçməsinə baxmayaraq, gecikmələrə yol verilir. Bu sistemlər 2023-cü il yanvarın 1-dən tam fəaliyyət göstərməlidir” Mətbuat katibi qeyd edib ki, ölkə başçısı turizmin inkişafına mane olan bütün məhdudiyyətlərə yenidən baxılması barədə göstəriş verib. Onun sözlərinə görə, aidiyyəti qurumlara xarici turistlərin müvəqqəti qeydiyyatının onlayn məlumatlandırma proseduruna keçirilməsi də tapşırılıb.