TURİZM

12 Sentyabr

Daxili turizm xərcləmələri 77 faiz azalıb

2021-ci ildə daxili turizm xərcləri əvvəlki ilə nisbətən 77% azalaraq 813 milyon AZN-ə enib.

Bu barədə  Dövlət Turizm Agentliyindən xəbər verilib.

Bildirilib ki, Dövlət Statistika Komitəsinə əsasən, hər bir yerli turist üçün ortalama xərc təqribi 641 AZN təşkil edir.

"2021-ci ildə daxili turizm xərclənməsində əsas elementlər qidalanma, mal və hədiyyələrin alınması və nəqliyyat xidmətləri təşkil edib. Bir günlük ziyarətçilərdə xərclənmənin əsas hissəsini (38%) qidalanma təşkil edib. Nəqliyyat üzrə bu pay 33%, alış-veriş üçün isə 27%-dir. Bir gündən artıq qalan yerli ziyarətçilər isə xərclərin 26%-ni mal və hədiyyə alınmasına, 23%-ni nəqliyyata, 20%-ni qidalanmaya və nəhayət, 18%-ni yerləşməyə sərf edib" - deyə məlumatda qeyd olunub.