2021-ci ildə ölkədaxili səfər etmiş yerli turistlərin sayı 2020-ci illə müqayisədə 167% artaraq 3,4 milyona çatıb.
Bu barədə Dövlət Turizm Agentliyindən xəbər verilib.
Bildirilib ki, ölkədaxili həyata keçirilən səfərlərin sayı isə 2020-ci illə müqayisədə 152% artıb.
Yerli turistlərin əsas hissəsi dost-qohum ziyarəti məqsədilə ölkədaxili səfərlər həyata keçirib (49%).
24% ziyarətçi istirahət məqsədilə, 11% işgüzar, 8% sağlamlıq və yerdə qalan 8% isə alış-veriş, dini və digər məqsədlərlə ölkədaxili səfərlər həyata keçirib.