TURİZM

25 Avqust

“Sinqapur Hava Yolları” ilk onluqda yenə də birincidir

ABŞ-ın “Travel+Leisure” səyahət jurnalının oxucularının qiymətləndirmələrinə əsasən "Ən yaxşı beynəlxalq hava yolları şirkətləri”nin siyahısı açıqlanıb.

Fins.az xəbər verir ki, siyahı sərnişinlərin təhlükəsizliyi və rahatlığı, uçuş zamanı xidmət, yemək və müştəri xidmətlərinə görə tərtib edilib.

Jurnalın oxucularına görə ilk üçlükdə “Sinqapur Hava Yolları”, “Qatar Airways” və “Emirates” hava yolları qərarlaşıb. İlk onluqda həmçinin “Türk Hava Yolları”, “Korean Air”, “La Compagnie”, “Air New Zealand”, “Japan Airlines (JAL)”, “All Nippon Airways”, “Cathay Pacific Airways” hava yollarının adları çəkilib.

Qeyd edək ki, 27 ildir ilk pilləni heç bir aviaşirkətlə bölüşməyən “Sinqapur Hava Yolları” yenə də birinci olub.

 

© azertac