Avqustun 30-da Rusiyanın Sankt-Peterburq şəhərinin turizmin inkişafı üzrə komitəsinin üzvləri Azərbaycana səfər edəcəklər.
Rusiya mətbuatında verilən məlumata görə, səfərin məqsədi ölkənin Şimal paytaxtını tanıtmaq və onun turizm potensialını təqdim etməkdir.
Xatırladaq ki, iyulun sonunda komitə qonaqpərvərlik sənayesinin ən yaxşı nümayəndələrini “Sankt-Peterburqa xoş gəlmisiniz!” rod-şousunun keçirilməsi üçün Qazaxıstanın Almatı və Nur-Sultan şəhərlərinə göndərib. Qurum bəyan edib ki, hotel operatorları, muzeylər və agentliklər öz məhsullarını birbaşa təqdim etmək və daha tez yeni müştərilər əldə etmək imkanı əldə edəcəklər.
(c)report