TURİZM

26 İyul

Azərbaycanda hotel və mehmanxana tipli obyektlərin gəlirləri 63,1% artıb

2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1 faiz artaraq 147,0 milyon manat olub. 

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlıuata görə,gəlirlərin da 58,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Müəllif:Aynur Qəniyeva