TURİZM

18 İyul

Azərbaycana turist axını 2 dəfədən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 166 ölkədən 638,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 25 %-i Rusiya, 23,8 %-i Türkiyə, 13 %-i İran, 5,2 %-i Gürcüstan, 4,6 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Pakistan, hər birindən 2,4 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistan, 2,3 %-i Ukrayna, 1,8 %-i Qazaxıstan, hər birindən 1,3 % olmaqla Küveyt və Böyük Britaniya, 14,1 %-i digər ölkələrin vətəndaşları olub. Onların 78,3 %-ni kişilər, 21,7 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 751,9 dəfə, Səudiyyə Ərəbistanından - 252,7 dəfə, Küveytdən - 147,3 dəfə, Bəhreyndən - 57,4 dəfə, Pakistandan - 51 dəfə, BƏƏ-dən - 41,7 dəfə, Hindistandan - 32,1 dəfə, İsraildən - 9,9 dəfə, ABŞ-dan - 5,9 dəfə, Qazaxıstandan - 5,5 dəfə, Almaniyadan - 3,4 dəfə, Fransadan - 2,8 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,0 dəfə, İrandan - 1,9 dəfə, Ukraynadan - 1,9 dəfə, Rusiyadan - 1,6 dəfə, Gürcüstandan - 21,9 faiz artıb.

2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,2 dəfə artaraq 147,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 33,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 205,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 %-i hava, 41,7 %-i dəmir yolu və avtomobil, 1,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.