TURİZM

08 İyul

Azərbaycanla Qətər arasında aviareyslərin sayı müvəqqəti artırılacaq

"Azərbaycan Hava Yolları " QSC (AZAL ) prezidenti Cahangir Əsgərovun Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

Fins. az AZAL-a istinadən xəbər verir ki, görüşdə mülki aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Hazırda “Qatar Airways” aviaşirkəti Doha-Bakı-Doha istiqamətində həftədə 7 reys həyata keçirir. Bu ilin noyabr-dekabr aylarında Qətərdə futbol üzrə Dünya Çempionatının keçiriləcəyi dövrdə aviadaşıyıcının bu marşrut üzrə həftəlik reyslərinin sayının artırılacağı gözlənilir", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.

Səfir isə mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.