İtaliyanın Sorrento şəhərinin rəhbəri Massimo Koppola bildirib ki, kurortun küçələrində yarıçılpaq gəzən turistlər cərimələnəcək.
Yeni qaydalara əsasən, çimərlikdən üzgüçülük və ya çimərlik paltarında çıxan istirahətçilər yerli polis tərəfindən 25 avrodan 500 avroya qədər cərimələnə bilər. Məşhur Avropa kurortunun merinin sözlərinə görə, geyim qaydalarının olmaması yerli sakinlər arasında narazılıq və diskomfort yaratmaqla yanaşı, onların həyat keyfiyyətini pisləşdirir, həm də bölgənin imicinə mənfi təsir göstərir.
Koppola həmçinin qeyd edib ki, uyğun olmayan geyim əksər insanlar tərəfindən ədəb qaydalarının pozulması kimi qəbul edilir.
Mənbə: lenta.ru