İyulun 1-dən Qroznı hava limanından Bakıya əlavə reyslər açılacaq.
Bu barədə Çeçenistan hava limanının mətbuat xidmətindən bildirilib.
Belə ki, iyulun 1-dən “UTair” Bakı-Qroznı reysi üzrə və əks istiqamətdə uçuşların tezliyini həftədə 7-yə qədər artırır.
Əvvəllər uçuşlar həftədə iki dəfə həyata keçirilirdi.