TURİZM

01 İyun

Tailand turistlər üçün karantini ləğv edir

Tailand hakimiyyəti çərşənbə günündən etibarən peyvənd statusundan asılı olmayaraq ölkəyə gələn bütün səyahətçilər üçün karantini ləğv edib.

Fins.az xəbər verir ki, peyvənd edilmiş turistlərdən pasportlarından əlavə, peyvənd sertifikatı və 10 min dollar məbləğində xərcləri qarşılayacaq tibbi sığorta tələb olunur.

Peyvənd olunmamış və ya qismən peyvənd olunmuş əcnəbilərə gəlincə, onlar sertifikat əvəzinə tibb müəssisəsindən mənfi antigen testinin nəticəsi və ya Tailanda səfər etməmişdən 72 saat əvvəl edilən PCR testini təqdim etməlidirlər.