TURİZM

16 May

Vitamin C turu – LƏNKƏRAN -ASTARA

"PASHA Travel" və "reAzerbaijan"ın birgə layihəsi olan "Vitamin C turu: Astara və Lənkəran"ı təqdim edir.
Maraqlı fəaliyyətlərlə dolu, əyləncəli 1 gecə 2 günlük və 2 gecə 3 günlük turlarımızla biz sizə cənub şəhərlərimizi tam yeni tərəfdən tanıdacayıq!
 20-22 may, 17-19 iyun | 2 gecə 3 günlük turlar;
 4-5 iyun, 2-3 iyul | 1 gecə 2 günlük turlar.
May ayı üzrə təklif etdiyimiz 220 AZN-dən başlayan bu turlara nə daxildir?
 Nəqliyyat (əlavə Sım kəndi üçün də xüsusi nəqliyyat vasitəsi)
 "Maricel" oteldə qonaqlama (seçimdən asılı olaraq 1 və ya 2 gecə)
 Oteldə səhər yeməyi
 Peşəkar tur bələdçi xidməti
Musiqili əyləncə proqramı
 Göldə gəzinti və təbiətin qoynunda çay süfrəsi
 Nahar ("Maricel" restoranı, "Citrus" restoranı,"Xan Lənkəran" restoranı)
 Şam yeməyi ("Maricel" restoranı)
* Yolu birlikdə gedəndə vaxt daha tez və maraqlı keçsə də, istəyinizdən asılı olaraq həm nəqliyyat daxil olan, həm də olmayan paketləri seçə bilərsiniz.