TURİZM

27 Aprel

Rusiya aviaşirkəti oktyabrın 29-dək Azərbaycana uçuşları ləğv edib

Rusiyanın “Ural Hava Yolları” oktyabrın 29-dək Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistana uçuşları ləğv edib.

 "Qazaxıstandan/Qazaxıstana - 2022-ci il martın 11-dən oktyabrın 29-u daxil olmaqla, Azərbaycandan/Azərbaycana bütün uçuşlar - 2022-ci il martın 8-dən oktyabrın 29-dək, Ermənistandan/Ermənistana (İrəvan/Gümrü) 2022-ci il martın 3-dən oktyabrın 29-dək, Özbəkistandan/Özbəkistana 29 oktyabr 2022-ci il tarixinədək bütün uçuşlar ləğv edilib”, - deyə aviaşirkətin saytında yerləşdirilən məlumatda qeyd olunub.

Aviaşirkət reyslərin ləğv olunmasının səbəbini açıqlamayıb