“Air India” Hindistan aviaşirkəti Dehlidən Moskvaya və əks istiqamətdə bilet satışını dayandırıb. Bu barədə Rusiyanın Hindistandakı səfirliyindən bildirilib.
Səfirlikdən həmçinin məlumat verilib ki, Hindistan tərəfindən beynəlxalq hava daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması səbəbindən bu ölkəyə uçuşlar artıq Daşkənd, İstanbul, Dubay, Əbu-Dabi, Doha və digər mövcud istiqamətlər üzərindən həyata keçirilir.
Aviaşirkət uçuşların dayandırılmasının səbəbləri ilə bağlı şərh verməkdən imtina edib.
Mənbə: RİA Novosti