Azərbaycan yenilənmiş “Henley Partners Visa Restrictions Index” reytinqində 75-ci yerdə qərarlaşıb. Bu barədə “Henley Partners”in məlumatında qeyd edilir.
Yanvar reytinqində Azərbaycan 74-cü yerdə olub.
Fins.az xəbər verir ki, “Henley Partners” şirkətinin viza məhdudiyyətləri üzrə indeksi (Visa Restrictions Index) dünyanın 200-dən çox ölkəsinin və ərazilərin viza tələblərini analiz edir.
“Digər ölkələrin mpvqelərində dəyişiklikər səbəbidən Azərbaycan 74-cü yerdən 75-ci yerə enib. Hesabat dövrü ərzində ölkə vizasız səfərlər haqqında müqavilələr imzalamayıb. Azərbaycan vətəndaşları dünyanın 69 ölkəsinə vizasız səfərlər edə bilərlər”, - ikinci rüb üçün İndeksin məlumatında deyilir.
“Henley Partners” qeyd edir ki, Sinqapur və Yaponiya birinci yeri bölüşür (192 vizasız istiqamət), Almaniya və Cənubi Koreya ikinci yeri bölüşür (190 vizasız istiqamət). (İnterfaks-Azərbaycan).