25-29 iyul tarixlərində Bakıda keçirilməsi gözlənilən “Jara” beynəlxalq musiqi festivalının adı “Sea Breeze Summer Fest”ə dəyişdirilib.
Fins.az xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıb.
Adın hansı səbəbdən dəyişdirilməsinin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, festivalın davam edəcəyi 5 gün ərzində 150-dən çox artist çıxış edəcək. Onların arasında Basta, Jah Khalib, Zivert, HammAli Navai, Jony, Artik Asti və Emin var. Festivalda, həmçinin türkiyəli pop-ulduz Kənan Doğulu, Minelli, Morandi, Outlandish, Niletto, Klava Koka, Mari Kraymberi, Mot və digərləri çıxış edəcək.
“Jara”ya alınmış biletlər “Sea Breeze Summer Fest”də də keçərli olacaq.