Rusiyanın "Uralskie avialinii" şirkəti Azərbaycana uçuşların dayandırılması müddətini daha bir ay uzadıb.
Bu barədə aviaşirkətdən məlumat verilib.
Martın 8-dən tətbiq edilən uçuş qadağası müddəti aprelin 30-dək artırılıb.
Qeyd edək ki, "Uralskie avialinii" şirkəti martın 8-dən 26-dək Bakı, Gəncə və Lənkəran hava limanlarına uçuşların dayandırıldığını elan etmişdi.
Xatırladaq ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Rusiya təyyarələrinə xaricdə qoyulan həbslər fonunda yerli aviaşirkətlərə beynəlxalq reyslərin dayandırılmasını tövsiyə edib.