Estoniyanın xarici işlər naziri Eva-Maria Liymets Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırıldığını açıqlayıb.
“Bu gün bizim planlarımıza Rusiya Federasiyası vətəndaşlarına turist vizalarının verilməsinin müvəqqəti dayandırılması daxildir. Bu, ilk növbədə, Rusiyanın Ukraynadakı hərbi fəaliyyəti dayandırılana qədər, yeni vizalara aiddir”, - deyə o bildirib.
O, vurğulayıb ki, ailə üzvləri Estoniyada yaşayan, humanitar səbəblərə görə ölkəyə getmək və ya xəstə qohumunu ziyarət etmək istəyənlər istisna təşkil edəcək.
Mənbə: Vestnik Kavkaza