TURİZM

05 Mart

“Ural Hava Yolları” Azərbaycana uçuşları dayandırdı

Rusiyanın “Ural Hava Yolları” şirkəti martın 5-dən 26-sına qədər Azərbaycana uçuşları dayandırıb.

Fins.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” yayıb.

Şirkət Azərbaycanla yanaşı, eyni tarixdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ermənistan və İsrailə də uçuşları dayandırıb.

Bildirilir ki, bu barədə qərar hazırda yaranmış geosiyasi vəziyyətlə əlaqədardır.

Xatırladaq ki, Rusiyanın “S7 Airlines” aviaşirkəti də Azərbaycan daxil olmaqla, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Misir, Tayland və Cənubi Koreyaya nəzərdə tutulan reysləri ləğv edib.