TURİZM

01 Mart

“Airbnb” Ukraynadan olan qaçqınları pulsuz mənzillə təmin edəcək

Qısamüddətli mənzil kirayəsi üçün onlayn xidmət olan “Airbnb” Ukraynadan gələn 100 000 qaçqını müvəqqəti pulsuz mənzillə təmin edəcəyinə söz verib.

Bunu şirkətin baş direktoru Brayan Çeski bildirib.

O qeyd edib ki, ukraynalılar müvəqqəti olaraq Polşa, Almaniya, Macarıstan və Rumıniyadakı mənzillərdə məskunlaşacaqlar.

“Airbnb” rəhbəri vurğulayıb ki, şirkət insanların yerləşdirilməsi ilə bağlı bütün xərcləri ödəyəcək.

Mənbə: rus.delfi.ee