Bu gecə ABŞ-ın Kennedi kosmik mərkəzindən start götürəcək “SpaceX” şirkətinə məxsus raket 4 nəfər kosmik turisti Yerin orbitinə çıxaracaq.
38 yaşlı iş adamı Cared Ayzekmanın maliyyələşdirdiyi səyahətə onunla birgə 29 yaşlı səhiyyə işçisi Heyli Arseno, 42 yaşlı xanım hərbi pilot Sian Proktor və 51 yaşlı mühəndis Kristofer Semborski qatılacaq.
“Falcon 9” raketi vasitəsilə turistlərin olduğu “Dragon” kapsulunun orbital çıxışına Bakı vaxtilə saat 4:00-da start veriləcək.
Səyahət üç gün çəkəcək. Bu müddət ərzində kapsulun heyəti Yerətrafı orbitdə dövrə vuracaq.
Qeyd edək ki, raketin buraxılışı “SpaceX” şirkətinin “Twitter” səhifəsindən canlı olaraq yayımlanır.