TURİZM

07 Sentyabr

Türkiyədə ilk dəniz taksisi sınaq səfərlərinə başlayıb

Türkiyənin istehsal etməyə başladığı 50 dəniz taksisindən birincisi artıq suya enib və sınaq səfərlərinə başlayıb.

İstanbul “City Lines”ın Baş direktoru Sinem Dedetaş mətbuata açıqlamasında inşa ediləcək 50 dəniz taksisindən 5-inin elektrikli olacağını bildirib:

“Dəniz taksiləri ictimai nəqliyyatın olmadığı yerlərə gedəcəklər. Dəniz taksilərində qadın dənizçilər də xidmət göstərəcək. Qayıqlarda bir kapitan və bir yağlayıcı olmaqla iki ekipaj üzvü olacaq”.

Qeyd edək ki, bu ilin əvvəllərindən İstanbulun “Haliç” gəmiqayırma zavodunda ilkin olaraq 50 ədəd dəniz taksisinin istehsalına başlanılıb.