“AirlineRatings.com” resursunun analitikləri sərnişinlər üçün təhlükəsiz və rahat olan ən yaxşı aviaşirkətlərin ənənəvi reytinqini dərc edib.
Builki reytinqin əsas krtiteriyası daşıyıcıların koronavirus pandemiyasına reaksiyası olub.
1-ci yerdə daha əvvəl 9-cu olan “Qatar Airways” qərarlaşıb. Şirkət bu yerə təyyarənin salonundakı innovasiyalar, keyfiyyətli xidmət və pandemiya dövründə işə davam etməyə hazır olması sayəsində layiq görülüb.
Son 8 ildə 6 dəfə reytinqin lideri olan “Air New Zealand” 2-ci pilləyə düşüb. 3-cü yeri "Singapore Airlines” tutub. İlk 5-liyi müvafiq olaraq “Qantas” və “Emirates” tamamlayıb.
Reytinqə düşmək üşün daşıyıcının “7 təhlükəsizlik ulduzu”na sahib olması lazım gəlirdi. Təhlil edilən 350 aviaşirkətdən 7 ulduzun hamısı yalnız 150-sinə verilib.