TURİZM

22 İyul

Kanada gələn aydan bütün xarici ölkə vətəndaşlarını qəbul edəcək

“Avqustun 9-dan tam peyvənd olunmuş amerikalılar, sentyabrın 7-dən isə tam peyvənd edilmiş dünyanın digər ölkələrinin vətəndaşları Kanadaya gələ biləcəklər.

Bunu ölkənin İctimai təhlükəsizlik və fövqəladə hallara hazırlıq katibi Uilliam Blair jurnalistlərə açıqlamasında deyib.

Blair əlavə edib ki, artıq ölkəyə gələcək sözügedən xarici vətəndaşların 14 günlük karantin müddəti keçməsinə ehtiyac qalmayacaq.