TURİZM

16 İyul

Türk Hava Yolları reyslər sayı üzrə Avropada liderdir

Türk mülki aviasiyasının flaqmanı olan Türk Hava Yolları (THY) sutka ərzində həyata keçirilən uçuş sayına görə Avropada lider mövqeyini qoruyur.

Fins.az-ın məlumatına görə, bu barədə Avropa Hava naviqasiya təhlükəsizliyi təşkilatının (Eurocontrol) hesabatında bildirilir.

Məlumata əsasən, Türk Hava Yolları 8 -14 iyul tarixlərində Avropada ən çox uçuş həyata keçirən aviaşirkət adını qoruyaraq sutka ərzində 1254 reys edib.

İkinci yerdə Fransanın "Air France" şirkəti gəlir- sutka ərzində 880 uçuş.

Üçüncü yerdə 773 reyslə Niderlandın "KLM Royal Dutch Airlines", dördüncü pillədə isə 772 reyslə Almaniyanın "Lufthansa" şirkəti qərarlaşıblar.