Macarıstanın "Wizz Air" büdcə aviaşirkəti Bakıya uçuşları bərpa edir.
Qeyd olunur ki, avqustun 14-dən etibarən Əbu-Dabi-Bakı marşrutu ilə həftədə iki dəfə uçuşlar həyata keçiriləcək. Reyslər çərşənbə axşamı və şənbə günləri baş tutacaq.
Uçuş Əbu-Dabidən 18:05-də çıxacaq, 21:15-də Bakıya çatacaq. Əks istiqamətdə 21:55-də Bakıdan çıxan təyyarə 00:55-də Əbu-Dabiyə çatacaq.