Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) beş aviaşirkətə Azərbaycan, Misir, Kuba və İspaniyaya uçuşlar həyata keçirmək üçün icazə verib.
Bu barədə qərarı Rosaviasiyanın rəhbəri Aleksandr Neradko imzalayıb.
Qərara əsasən, "S7" və "North Wind" aviaşirkətlərinə Perm şəhərindən Azərbaycanın Bakı və Gəncə şəhərlərinə uçuşlar üçün icazə verilib.
Bildirilir ki, bu istiqamətlərdə "S7" aviaşirkəti həftədə 3 uçuş, "North Wind" aviaşirkəti isə həftədə 7 uçuş həyata keçirə bilər.