TURİZM

06 İyul

SkyUp aviaşirkəti Lvov-Bakı-Lvov marşrutu üzrə birbaşa uçuşlara başladı

"SkyUp" aviaşirkəti Ukraynanın Lvov şəhərindən Bakıya birbaşa uçuşlara başlayıb.

Bu barədə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, bu marşrut üzrə ilk reys iyulun 4-ü həyata keçirilib.

Bildirilir ki, Lvov şəhərindən Bakıya uçuşlar həftədə 1 dəfə olmaqla bazar günləri, Bakıdan Lvov şəhərinə uçuşlar isə bazar ertəsi günləri həyata keçiriləcək.