TURİZM

04 İyun

Mineralnıye Vodı-Bakı aviareysi üzrə uçuşlara başlanılıb

Rusiyanın “Ural Airlines” aviaşirkəti Mineralnıye Vodı-Bakı və əks istiqamətdə birbaşa uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə verilən məlumata görə, dünən yerli vaxtla saat 7:15-də Mineralnıye Vodı-Bakı aviareysi üzrə ilk uçuş həyata keçirilib, hazırda isə təyyarə əks istiqamətdə aviareysi yerinə yetirməyə hazırlaşır.

“Uçuşlar həftədə bir dəfə – IV günlər yerinə yetiriləcək”, – hava limanından bildirilib.

Qeyd edək ki, hazırda Bakıdan Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa və Həştərxan şəhərlərinə uçuşlar yerinə yetirilir.