TURİZM

21 May

İsmayıllı-Qalacıq hiking-piknik TURU

Fins.az xəbər verir ki, Turizm.az şirkəti  sizləri 30 May tarixində, yazın bu gözəl çağında, təbiətin ən gözəl guşələrindən olan, İsmayıllı rayonunun, möhtəşəm Qalacıq kəndinə, “hiking-piknik” turumuza dəvət edir.

Turda sizləri, füsunkar gözəlliyə malik “Qalacıq Şəlaləsi”nə yürüş (8 km, orta dərəcəli hiking), çay qırağında əyləncəli piknik və sonda piknikimizə ləzzət qatan çay süfrəsi gözləyir. Turun qiyməti 30 manatdır.

Tura daxildir:

Komfortlu nəqliyyat

Səhər yeməyi

Tur rəhbəri

Toplanış:

30.05.2021 saat 06:30 Gənclik m/s(Atatürk Parkı çıxışı)

Yola düşmə - 07:00

Bakıya qayıdış - 21:00