TURİZM

20 May

Rusiya aviaşirkəti yeddi şəhərdən Bakıya birbaşa aviareyslərə başlayır

“Ural Hava Yolları” Rusiyanın yeddi şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçirməyə başlayacaq.

Bu barədə TASS şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Mayın 29-dan Krasnoyarsk, 31-dən Omsk, Novosibirsk, Nijniy Novqorod, iyunun 3-dən Perm və Mineralnıye Vodı, 4-dən isə Samaradan Bakıya həftədə bir dəfə olmaqla müntəzəm aviareyslərə başlayırıq”, - deyə “Ural Hava Yolları”ndan verilən məlumatda bildirilib.