TURİZM

22 Aprel

Gürcüstanın turizm sektorunda böhran yaşanır

Gürcüstanın 12 biznes assosiasiyası ölkədə pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.

Təşkilatlar bununla bağlı Baş nazir İrakli Qaribaşviliyə müraciət ünvanlayıblar.

Qonaqlama sektorunda ağır vəziyyətin yaşandığını vurğulayan müraciət müəllifləri hökuməti komendant saatını dərhal ləğv etməyə və turizm mövsümünə fəal hazırlıqlar görməyə çağırıblar.

Biznes qurumlar həftəsonları kafe və restoranların fəaliyyətinə icazə verilməsini, kiçik və orta biznesin vergi yükünün azaldılmasını də tələb ediblər.

Assosiasiyaların nümayəndələri antiböhran planının hazırlanmasında iştiraka hazırlıqlarını ifadə ediblər.

© Report