TURİZM

22 Aprel

8 günlük möhtəşəm QUŞADASI TƏTİLİ

Adaya gedən yolda çoxlu sayda gecə klubları fəaliyyət göstərir. Şəhərin müxtəlif yerlərindən insanlar gecələrini xoş keçirtmək üçün bu klublara üz tuturlar.

Quşadasında çimərliklər əsasən qumlu, bir qismi isə çınqıl-daşlıdır. Dənizin təmizliyinə və şəffaflığına isə söz ola bilməz. Burada istirahət mövsümü iyun ayında başlayır və avqusta qədər davam edir.

Şəhərdə çoxlu sayda restoran, mağaza və diskotekalar var. Mərkəzdə iki aquapark fəaliyyət göstərir. Avropanın ən hündür aquaparkı da buradadır. Onun hündürlüyü 225 metrdir. Adrenalin həvəskarları bir baş bura üz tuturlar. Elə Avropanın özündən də. Bura turistlər əsasən rahat otellərdə dincəlmək, su və sualtı idman növləri ilə məşğul olmaq, təzə balıq yemək, gecə diskoteka və barlarda əylənmək və əlbəttə ki, Efes, Milet, İzmir, Perqam, Troya, İerapolis və Pamukkaleyə səyahət etmək üçün gəlirlər. Bir maraqlı faktı da qeyd edim ki, Quşadası ərazisində delfin və köpək balıqları olan otel də var. Burada delfinlə suda üzmək 50 dollar, köpək balıqları ilə rəqs etmək isə 100 dollara başa gəlir. Bura gəlib həyatını risqə atmaq istəyənlər dəmir qəfəsə salınaraq bir başa akulaların qaynadığı hovuza salınır.

Fins.az xəbər verir ki, Atlas Travel şirkəti 27  iyun tarixindən 7 gecə 8 günlük Kuşadasına tur təşkil edir. Tura daxil olan otellər 4və 5 ulduzlu otellərdir. Otellərin orta qiyməti 606 dollardır. Ən ucuz otel 4 ulduzlu MY AEGEAN STAR HOTEL-dir. Otelin qiyməti 499 dollarıdr.

Ən bahalı otel isə 5 ulduzlu SEALIGHT RESORT HOTEL-di. Otelin qiyməti 729 dollardır.

Qiymətə daxildir: Aviabilet BUTA AIRWAYS (baqaj daxil), hoteldə gecələmə (7 gecə/8 gün), qidalanma (gündə 5 dəfə), transfer, sığorta.

Qeyd: Qiymət iki nəfərlik otaqda bir nəfər üçün qeyd olunub.