Türkiyənin "Türk Hava Yolları" (THY) aviaşirkəti aprelin 15-dən başlayaraq Rusiyaya uçuşları dayandırır.
Fins.az-ın məlumatına görə, məhdudiyyət iyunun 1-dək qüvvədə qalacaq.
Aviaşirkətin məlumatında qeyd olunur ki, iki ölkə arasında aviareyslər qarşılıqlı şəkildə məhdudlaşdırılır.
Bu müddət ərzində Rusiya və Türkiyə arasında həftədə iki dəfə xüsusi icazəli uçuşlar həyata keçiriləcək.
Xatırladaq ki, bu gündən etibarən Rusiya da Türkiyəyə uçuşları məhdudlaşdırdığını elan edib.