İstanbul tarixi abidələri və bədii əsərlərin olması səbəbindən məşhur turizm mərkəzlərindən biridir. Turistlər arasınd ən böyük pay Almanlara məxsusdur. Almanlar, Amerikalılar, İtalyanlar və Fransızlar almanları az miqdarla geridə qoyurlar. Hər büdcə üçün İstanbulda əlverişli otellər tapmaq mümkündür. 5 ulduzlu otellər şəbəkəsindən, hostellərə qədər 1180-dən çox otel var. Son illərdə dünyada adını demiş otel şəbəkələri İstanbula böyük maraq göstərir.
Fins.az xəbər verir ki, Gloubus travel şirkəti İstanbula 26 iyun tarixindən 4 gecə 5 günlük tur təşkil edir. Tura daxil olan otellərin orta qiyməti 463 dollardır.
Ən ucuz otel Hotel Santa Sophia-dır.Otelin qiyməti 415 dollardır.
Ən bahalı otel isə Great Fortune Design Hotel-dir. Onun qiyməti isə 520 dollardır.
Qiymətə daxildir: aviabiletlər, hotel, səhər yeməyi, transfer, sığorta.
Qeyd: Qiymət iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulmuşdur