Zanzibar və ya Zengibar, Afrika qitəsinin şərqindəki Tanzaniya ilə əlaqəli iki adadan ibarət muxtar bir şəkildə idarə olunan bir bölgədir.
Stone Town, iki adadan, əsas ada Zanzibar və Pemba adasından ibarət olan inzibati bölgənin paytaxtıdır. İqtisadiyyat ədviyyat istehsalı və turizmə əsaslanır.
Zanzibar dünyanın aparıcı ədviyyat istehsalçılarından biridir.
İndi isə fərqli məkanları kəşf etməyin ədl vaxtıdır.
Fins.az xəbər verir ki, Turizm.az travel şirkəti 12 iyun tarixində 6 gecə 7 günlük Zənzibar turu təşkil edir. Tura daxil olan Otellərin orta qiyməti 1462 dollardır.
Tura daxil olan otellərdən ən ucuzu Karafuu Beach Resort Spa otelidir. Otelin qiyməti 1350 dollardır.
Ən bahalı otel isə Riu Palace Zanzibar - All Inclusive oteldir. Otelin qiyməti isə 1850 dollardır.
Qiymətə daxildir: Oteldə gecələmə 6 gecə 7 gün, transfer hava limanı otel hava limanı, sığorta, təyyarə bileti, oteldə qidalanma ( gündə 2 dəfə , bəzilərində all inclusive)
Qiymətə daxil deyil : viza rüsumu ( 50 usd ),
Qeyd:
Vİza prosesinə görə səyahəti 2 ay sonraya planlaşdırmanız tövsiyyə edilir
Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.