Malta hökuməti ölkədə ən az üç gün qalan hər bir əcnəbi turistə 200 avroyadək vəsait ödəyəcək.
Ödənəcək məbləğ qonaqların qaldıqları hotelin ulduzlarının sayından asılı olacaq.
Belə ki, 5 ulduzlu hotel üçün 200, dördulduzlu hotel üçün 150, üçulduzlu hotel üçün isə 100 avro həvəsləndirici bonus nəzərdə tutulub.
Mükafat iyunun 1-dək hoteldə yer saxlatmış şəxslərə şamil ediləcək.
Malta hökumətindən verilən açıqlamaya görə, bu tədbir pandemiyadan əziyyət çəkmiş turizm sahəsinə dəstək məqsədi daşıyır.