Şarm əl-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şarm əl-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şarm əl-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.
Fins.az xəbər verir ki, D Travel şirkəti Şarm əl Şeyxə 15 maydan 6 gecə 7 günlük tur təşkil edir. Tura daxil olan otel 5 ulduzlu AURORA ORİENTAL RESORT SHARM EL SHEİKH 5* -dir. Turun qiyməti 699 dollardır.
Qiymətə daxildir: aviabiletlər, oteldə gecələmə 6 gecə 7 gün, qidalanma- all inclusive.
Qİymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulubş