Bu, Türkiyənin mənzərəli və səfalı kurort şəhəridir. O, Egey dənizi sahilində yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Şəhərin gözəl təbiəti və dənizə açılan panoraması insana bir anlıq kiçik cənnəti xatırladır. Burada demək olar ki, bütün otellər dənizin sahilində yerləşir.
Şəhərdən bir qədər aralıda kiçik Göyərçin adası yerləşir. Şəhərlə adanı dar torpaq bənd birləşdirir. Ada hər tərəfdən qədim qala divarları ilə əhatə olunub. Bura Türkiyənin güllərə bürünən romantik guşəsi də deyilir. Dəniz quldurlarına məxsus qala “Küçükada Kalesi” adlanır .Yeri gəlmişkən “Küçükada Kalesi” Quşadasının simvolu hesab olunur.
Adaya gedən yolda çoxlu sayda gecə klubları fəaliyyət göstərir. Şəhərin müxtəlif yerlərindən insanlar gecələrini xoş keçirtmək üçün bu klublara üz tuturlar.
Quşadasında çimərliklər əsasən qumlu, bir qismi isə çınqıl-daşlıdır. Dənizin təmizliyinə və şəffaflığına isə söz ola bilməz. Burada istirahət mövsümü iyun ayında başlayır və avqusta qədər davam edir.
Şəhərdə çoxlu sayda restoran, mağaza və diskotekalar var. Mərkəzdə iki aquapark fəaliyyət göstərir. Avropanın ən hündür aquaparkı da buradadır. Onun hündürlüyü 225 metrdir. Adrenalin həvəskarları bir baş bura üz tuturlar. Elə Avropanın özündən də. Bura turistlər əsasən rahat otellərdə dincəlmək, su və sualtı idman növləri ilə məşğul olmaq, təzə balıq yemək, gecə diskoteka və barlarda əylənmək və əlbəttə ki, Efes, Milet, İzmir, Perqam, Troya, İerapolis və Pamukkaleyə səyahət etmək üçün gəlirlər. Bir maraqlı faktı da qeyd edim ki, Quşadası ərazisində delfin və köpək balıqları olan otel də var. Burada delfinlə suda üzmək 50 dollar, köpək balıqları ilə rəqs etmək isə 100 dollara başa gəlir. Bura gəlib həyatını risqə atmaq istəyənlər dəmir qəfəsə salınaraq bir başa akulaların qaynadığı hovuza salınır.
Fins.az xəbər verir ki, İn Travel şirkəti 18-25 iyun tarixində Quşadasına tur təşkil edir. Tur 4və 5* otelləri əhatə edir. Tura daxil olan otellərin orta qiyməti 486 dollardır.
Otellərdən ən ucuzu MY AEGEAN STAR HOTEL 4*-dir. Otelin qiyməti 390 dollardır.
Ən bahalı otel isə RICHMOND EPHESUS 5*-dir. Otelin qiyməti RICHMOND EPHESUS 5*-dir. Otelin qiyməti 589 eurodur.