Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şarm əl-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şarm əl-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şarm əl-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.
Fins.az xəbər verir ki, Fly Travel şirkəti Şarm el Şeyx şəhərinə 11 apreldən 6 gecə 7 günlük tur təşkil edir. Tur 3, 4, 5 ulduzlu otelləri əhatə edir. Otellərin orta qiyməti 461 dollardır.
Turu əhatə edən otellər arasında ən ucuzu Fortuna 3* oteldir ki, otelin qiməti 391 dollardır.
Otellərdən ən bahası isə Hilton Waterfalls Resort 5*-dur. Onun qiyməti isə 523 dollardır.