Lerik rayonu ərazisində 134 tarixi abidə, türbə, ziyarətgah qeydə alınmışdır. Bunların dördü ölkə əhəmiyyətlidir və ciddi qorunur. Son illər iki türbə - Babagil və Mir Məryəm ziyarətgahları ictimaiyyətin köməyi ilə təmir edilmişdir. Rayonun Mistan,Sivəkəran,Cəngəmiran, Hiveri, Veri, Şingədulan, Əvilə, Vistan, Nüvədi, Orand, Babagil, İyov və s. kəndlərindəki qəbiristanlıqlar Sənduqələr, qoç fiqurları, insan başına bənzər heykəllər, küp qəbirlərlə zəngindir.
Qalalar Lerikin nadir tarixi abidələrindəndir. Bunlar mühafizə məqsədilə tikilmişdir. Qız qalası Kekonu kəndi yaxınlığındadır. Yerdən hündürlüyü 150 metrə çatır. Qalanın zirvəsinə çıxmaq yalnız bir tərəfdən mümkündür. Zivəsində bürclər var. Oğlan qalası Qız qalasınnın yaxınlığında yerləşir. Qız qalasından bir vaxtlar saxsı borularla Oğlan qalasına boru çəkilib. Abidənin tarixi hələ mükəmməl öyrənilməmişdir. Rayonun ayrı-ayrı kəndlərində 30 türbə qeydə alınmışdır. Babagil tübəsi (XIV-XVI əsrlər) Lerik-Lənkəran yolu üstündədir, ölkə əhəmiyyətli tarixi abidədir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Babagil böyük nüfuza malik müdrik bir şəxsiyyət olub və burada dəfn olunub.
Xoca Seyid türbəsi XIV əsrə aid tarixi abidədir. Xanagah kəndində yerləşir və ətrafında nadir ağaclar bitmişdir. Türbədə yazılı daşlar qorunur. Ölkə əhəmiyyətli bu abidənin bərpa edilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2005-ci ilin planına daxil edilmişdir.
Lənkəran kəndində məscid XIX əsrə aid tikintidir. Divarları qırmızı kərpicdən höülmüşdür. Üstünə qımızı kirəmid vurulmuşdur. Məsciddəki minbər qoz ağacından hazırlanmış nadir əl işdir. Məscid ölkə əhəmiyyətli abidə kimi ciddi mühafizə olunur.
Büzeyir mağarası qədim insan məskənidir. Burada insanlar e.ə. çox-çox əvvəl yaşamışdır. İndinin özündə də qışlaqdan yaylağa qayıdan çobanlar bəzən sürünü burada saxlayıb "daş çarpayılar"da gecələməli olurlar. Mistan kəndindəki mağara dəniz səviyyəsindən 1300-1400 m hündürlükdədir. Talış dağlarının cənubunda, Ərdəbilə gedən yolun üstündədir. Kahada əşyaları qoymaq üçün yerlər də var. Rayonda olan tarixi memarlıq incəsənət abidələri rayon mədəniyyət şöbəsi tərəfindən qorunur.
Fins.az xəbər verir ki, Yes Travel şirkəti LERİK-LƏNKƏRAN TURU təşkil edir. Tur hər həftə sonu olur. Müddəti 1 gecə 2 gün olur, və qiyməti 85 Azn-dir.
QİYMƏTƏ DAXİLDİR:Nəqliyyat xidməti (Mercedes Vito 8 yerlik), qidalanma səhər yeməyi (2 dəfə), Lerik Relax istirahət mərkəzində gecələmək, axşam qayıdışda çay süfrəsi şirniyyatla , tur bələdçi, karaoke, möhtəşəm diskoteka Relaxda , bilyard, stolüstü tennis
Ekskursiyalar: Lənkəran samavarı və qala qapıları, Lerik Baba türbəsi ziyarəti, Lerik Relax istirahət mərkəzi, Təbəssüm gəzintisi, Lerik Uzunömürlülər muzeyi, Büzeyir mağarası,Zuvand yolu möhtəşəm görüntü.