İlk kampımız İsmayıllı rayonu, Sulut kəndi yaxınlığında Fit dağının ətəyində baş tutacaq. Sulut kəndi qədim yaşayış yerlərindən biri olan dağ kəndlərindən biridir. Kənd ərazisində, orta əsrlərə aid yaşayış yeri, Buzxana, Cümə Məscidi, Qıcılıq adlı yerdə qala, Haram qalası, Qırxotaq qəsri, Fitdağ qalası yerləşir. Birlikdə kamp ərazisi yaxınlığında olan maraqlı yerləri görməyə gedəciyik və asudə vaxtı əyləncəli dəyərləndirmək üçün müxtəlif fəaliyyətlər nəzərdə tutmuşuq.
Turun programı :
I gün
07:30 Gənclik m/st , Caspian Shopping çıxışının qarşısında toplaşırıq.
08:00 Yola düşürük
Kamp ərazisinə çatırıq,kamp qurulur.
Günün fəaliyyətlərinə* başlayırıq
20:00 Şam yeməyi
II gün
08:00 Səhər yeməyi
10:00 Ətraf əraziyə səyahət
Növbəti günün fəaliyyətlərinə* başlayacağıq
18:00 Bakıya dönürük
*Sizin üçün hazırladığımız fəaliyyətlər
- tabu, mafia, kəndirdartma, UNO
-Ox atma (hədəfi vuran şəxsə oyun qaydalarına əsasən tərəfimizdən hədiyyə təqdim ediləcək)
Turun bir nəfər üçün qiyməti - 60 Azn
Tur qiymətinə daxildir:
- Nəqliyyat (Bakı - Basqal- Bakı)
- Baskal kəndi-Sulut kəndi 4x4 maşınlar
- Dağ bələdçisi
- Foto və video çəkiliş
- Çadır, mat, yataq kisəsi (olmayanlara tərəfimizdən veriləcək)
- Şam və Səhər yeməyi
: 7+ yaş qrupunda olan uşaqlar valideynləri ilə birlikdə qoşula bilər
Bundan əlavə olaraq da kamp ərazisində hamaklar və at olacaq.
İştirakçıda olmalıdır:
- Bel çantası (həcmi 50-60 l)
- Rahat ayaqqabı
- İsti şalvar və gödəkçə (əlavə götürməyiniz arzuolunandır)
- Şəxsi əşyalarınız
Son ödəniş tarixi: 25 Mart 2021
Qeyd- Özünüz üçün əlavə qida və şəxsi əşyalarınızı götürə bilərsiniz
Ödəniş terminallarından ödəniş etmək mümkündür.