Bu ilin yanvarında Gürcüstanın turizm gəlirləri illik müqayisədə 94,6% azalaraq 10,4 mln. ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstan Milli Bankının nəşr etdirdiyi ölkənin makroiqtisadi icmalında qeyd olunub.
Bildirilib ki, hesabat dövründə Gürcüstana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrünə nisbətdə 91,9% azalma olub. Bu tendensiya cari ilin fevralında da müşahidə olunub, belə ki, fevralda Gürcüstana səfər edən turistlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 86,1% az olub.