Avstraliyanın ən iri aviasiya şirkəti olan “Qantas” təyinat nöqtəsi açıqlanmayan uçuşlar həyata keçirəcək.
CNN telekanalı məlumat verir ki, şirkətin bu addımı daxili turizmi stimullaşdırmaq məqsədi daşıyır.
“Sirli aviareyslər” zamanı sərnişinlər əvvəlcədən hara getdiklərini bilməyəcək, yalnız uçuşu naviqasiya vasitələrindən izləyərək təyinat məntəqəsini təxmin edə biləcəklər.
Ünvansız uçuşlar üçün biletlərin martın 4-dən etibarən satışa çıxarılacağı gözlənilir. Ekonom sinfi üçün biletlərin qiyməti 577 dollar (təxminən, 991 manat), biznes sinfi üçünsə 1220 dollar (təxminən, 2074 manat) təşkil edəcəyi bildirilir.