Bu ilin yanvar ayında “Azərbaycan Hava Yolları” (AZAL) QSC 55 min ABŞ dolları dəyərində xidmət ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.
Məlumata görə, bu, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 540 min ABŞ dolları və yaxud 10,8 dəfə azdır.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında AZAL 595 min ABŞ dolları dəyərində xidmət ixrac edib.
© Report